Bakurianidə Yeni il 2027: Vector Travel DMC zəmanətli otel bloklarının satışına başlayıb

Oktyabr 21, 2026 14:12 / 96
Bakurianidə Yeni il 2027: Vector Travel DMC zəmanətli otel bloklarının satışına başlayıb
A-
A
A+

Gürcüstanın qış turizmi mərkəzlərindən biri olan Bakurianidə 2026–2027-ci illərin Yeni il mövsümü üçün otel rezervasiyalarına start verilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, Vector Travel DMC turizm agentlikləri üçün Bakurianinin 4 və 5 ulduzlu otellərində zəmanətli otaq blokları üzrə satışlara başlayıb.

30 dekabr 2026-cı ildən etibarən 3, 4 və 5 gecəlik yerləşmə proqramları təklif olunur. Şirkətin təqdim etdiyi başlanğıc B2B NET qiymətlərinə əsasən, iki nəfərlik otaqda səhər yeməyi daxil olmaqla 3 gecəlik yerləşmə Komorebi Bakuriani Resort 4★ hotelində 348 ABŞ dollarından, Bakuriani Inn 5★ hotelində 441 ABŞ dollarından, Crystal Hotel & Spa 5★ hotelində isə 513 ABŞ dollarından başlayır.

Vector Travel DMC hotel yerləşməsi ilə yanaşı, Tbilisi hava limanından Bakurianiyə fərdi transferlər, ekskursiyalar və digər əlavə xidmətlər də təklif edir. Şirkətin Tbilisi və Gudauri istiqamətlərində də Yeni il tarixləri üçün zəmanətli otel blokları mövcuddur.

Yaxın zamanda Vector Travel DMC komandası Bakurianidəki otellərə tanışlıq səfəri həyata keçirməyi, Turizmplus.az ilə birgə xüsusi videoreportaj hazırlamağı planlaşdırır. Materialda otellərin infrastrukturu, SPA və istirahət zonaları, Yeni il Gala Dinner proqramları, eləcə də xizək infrastrukturu və qış fəaliyyətləri barədə məlumat təqdim ediləcək.

Otellərin tam siyahısı, qiymətlər və rezervasiya şərtləri barədə ətraflı məlumat üçün Vector Travel DMC ilə WhatsApp vasitəsilə əlaqə saxlamaq mümkündür: +995 595 482233.

Məlumat üçün keçid:

https://www.vectorge.com/georgia-dmc/item/new-year-in-georgia/new-year-in-bakuriani-2026-2027/

 

Oxşar xəbərlər